Keçmiş nişanlısı tələbə qıza 14 bıçaq zərbəsi vurub: "Vəziyyəti ağırdır" (Yenilənib)

img

18-04-2022 [16:50]


Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda IV kurs tələbələrinin dərsə gəlmədiyi, onların istehsalat təcrübəsində olduqları bildirilib: "Məlum hadisə universitetdə deyil, aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib".

Məlumata görə, xəstəxanaya yerləşdirlən tələbənin vəziyyəti ağırdır.

***

Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR