Zakir Həsənov: "Qarabağda yaralanan 259 nəfər xaricə müalicəyə göndərilib"

img

14-04-2022 [16:00]


Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfər xarici ölkələrə müayinə və müalicəyə göndərilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov açıqlama verib.

O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17 995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11 110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA