Gürcüstanın tanınmış şəxslərinin Azərbaycana səfəri başlayıb

img

14-04-2022 [15:22]


Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və sosial şəbəkə fenomenlərinin Azərbaycana səfəri başlayıb.

Səfər Azərbaycan Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə üçün heyəti paytaxt Bakı şəhərində tur təşkil olunacaq və bir sıra görüşlər keçiriləcək.

Nümayəndə heyəti həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşa şəhərinə səfər edəcəklər/Report.

Qeyd olunan səfərlə bağlı səfirlik tərəfindən mütəmadi olaraq məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA