"S and N" MTK -dan prokurorluğa şikayət olunub

img

13-04-2022 [17:45]


Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən və Kərəm İsmayılov küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Mia.az xəbər verir ki, bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "S and N" MTK tərəfindən kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: "Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA