Müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin yekun nəticələri açıqlanıb

img

12-04-2022 [17:26]


Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

İnsan Resursları Mərkəzindən Mia.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsində 1 581 nəfər çalışdığı ümumi təhsil müəssisəsində daimiləşmək imkanı qazanıb.

Namizədlər 31 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Müsahibə mərhələsində uğur qazanmayan digər namizədlər isə cari tədris ilinin sonunadək fəaliyyətlərinə davam edə bilərlər. Müsahibə mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbul ediləcəyi tarixlər tezliklə ictimaiyyətə elan olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA