I Qarabağ müharibəsində xəsarət alanlara yaxın vaxtlarda birdəfəlik ödəmə veriləcək

img

11-04-2022 [11:21]


“Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olunub: “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin olunub”/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA