Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib - FOTOLAR

img

10-03-2022 [16:47]


Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2  nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib.

Mia.az xəbər verir ki, qəbulda sakinlərdən Mehdiyev Asif,  Cənnətov Elmir,  Quliyeva İncibəyim,  Şahbazov Rəyasət, İsmayılova Solmaz, Hüseynov Novruz, Şamoyeva Arzu və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüyünün təmiri, qəzalı ağacın götürülməsi, aztəminatlı ailəyə yardım göstərilməsi, patronaj təyin olunmasının sənədləşdirilməsi, yaşadıqları binanın istismar müddəti keçdiyindən yaşayış üçün əlverişsiz olduğunu nəzərə alaraq yeni layihələrə salınması   barədə müraciətlər ediblər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə  sakinlərə məlumat verib.

img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA