Kür çayının Salyan rayonundan keçən hissəsi quruyub

img

04-03-2022 [20:37]


Kür çayının Salyan rayonundan keçən hissəsi quruyub.

Mia.az xəbər verir ki, bu barədə Report-un Muğan bürosuna yerli sakinlər məlumat verib.

Onların bildirdiyinə görə, son günlər çayda suyun səviyyəsinin sürətlə azalması müşahidə olunur.

Həmçinin bu vəziyyət sahilboyu quraşdırılmış su nasoslarının tam gücü ilə işləməsində və əkin sahələrinin suvarılmasında problemlər yaradıb. Eyni zamanda bu hal ekoloji fəlakətə də səbəb olub. Belə ki, çaydakı kiçik və böyük balıqlar məhv olur.

Ekspertlərin sözlərinə görə, yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət çəkəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA