İCRA BAŞÇISININ XANIM MÜAVİNİNİN İFADƏSİ YAYILDI - Gözətçi təyinatlarından da rüşvət alırmışlar - SİYAHI
05-03-2022 [17:20]
Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə şahid qismində tanınan RİH-in başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubovanın istintaqa verdiyi ifadəsi məlum olub.
Mia.az-ın Report-a istinadla məlumatına görə, o ifadəsində bildirib ki, 2008-ci ildən Ağstafa RİH-in başçısının müavini vəzifəsində çalışır, xidməti fəaliyyətilə əlaqədar təhsil, səhiyyə, mədəniyyət sahələrinə nəzarəti həyata keçirir.
O deyib ki, N.Quliyev 2019-cu ilin aprel ayının 5-də Ağstafa RİH-in başçısı təyin olunduqdan bir müddət sonra rayonda fəaliyyət göstərən bağçalardan abadlıq işlərinə yardım adı altında rüşvət toplamağa başlayıb:
"Bu barədə icra başçısının sabiq müavini Ramiz Tatarov vasitəsilə mənə məlumat göndərdi. Nizaməddin Quliyevin tapşırığı ilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından Ağstafa rayon Qarayazı kənd uşaq bağçasına vakant gözətçi yerlərinə işə düzəlmək üçün müdir Rəsmiyyə Əhmədova vasitəsilə hər birindən 3 000 manat, ümumilikdə 6 000 manat, Pirili kənd uşaq bağçasına vakant gözətçi ştatlarına işə düzəlmək üçün Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlunun hər birindən 1 000 manat olmaqla ümumilikdə 2 000 manat, Vurğun qəsəbə 1 saylı körpələr evi və uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından vəzifədə saxlanılması görə 2 000 manat, Qarayazı kənd uşaq bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından vəzifədə saxlanılması görə 1 800 manat, Vurğun qəsəbə 2 saylı körpələr evi və uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından vəzifədə saxlanılması görə 2 500 manat, Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından vəzifədə saxlanılmasına görə 1 700 manat, Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından vəzifədə saxlanılmasına görə 1 500 manat, Xətai kənd uşaq bağçasının müdiri Hüseynova Mülayim Əli qızından vəzifəsində saxlanılmasına görə 2 000 manat məbləğində rüşvət aldım. Həmin pulları da Nizaməddin Quliyevə çatdırmaq üçün xidməti otağında Ramiz Tatarova verdim".
Şahid söyləyib ki, bundan başqa o, Ağstafa RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini vəzifəsində işləyən Əziz Məsmalıyev vasitəsilə Qırılı kənd uşaq bağçasının müdiri Nağıyeva Zahirə Əmiraslan qızından vəzifədə saxlanılmasına görə 2 000 manat, Poylu qəsəbə 2 saylı uşaq bağçasının müdiri Hüseynova Zərnişan Mığır qızından 1 000 manat, Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1 500 manat məbləğində rüşvət alıb: "Daha sonra həmin pulları Nizaməddin Quliyevə çatdırması üçün xidməti otağında Ramiz Tatarova təqdim etdim".
L.Eyyubova ifadəsində vurğulayıb ki, N.Quliyevin tələbi ilə Ağstafa rayonun Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Sevda Rəhimovadan 2 500 manat məbləğində rüşvət istəyib: "Lakin Sevda Rəhimova buna etiraz etdi və həmin pulu vermədi".
Qeyd edək ki, N.Quliyev və Ramiz Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanasında koronavirusdan vəfat edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı