Keçmiş MTN generalının məhkəməsində qocaman deputatla bağlı şok ifadə: "Sən Allah, de, o 8 milyon dollar kimə verildi? - Məhkəmə prosesi
03-03-2022 [11:59]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Mia.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nun sabiq direktoru İbrahim Zeynalovdan 8 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Hazırda yataq xəstəsi olan İbrahim Zeynalovu prosesdə oğlu İlqar Zeynalov təmsil edib. O, bildirib ki, atasını MTN-ə aparandan 10-15 gün sonra ona zəng ediblər:
“Özünü MTN-in müstəntiqi kimi təqdim edən şəxs “sabah saat 10-da MTN-də Yasin Məmmədovun yanına gəl” dedi. Növbəti gün ora getdim, məni sorğu-sual edib buraxdılar. 10-15 gün sonra atamın vəkili bir məktub gətirdi. Məktubda “50 min” sözü yazılmışdı. Bunun nə demək olduğunu soruşdum. Vəkil dedi ki, “atan bu məbləğin Yasinə çatdırılmasını istəyir”. Məktubdakı xətt atamın deyildi deyə pulu vermədim. 2 gün sonra vəkil daha bir məktub verdi. Həmin məktubda isə “dediyimə əməl elə” yazılmışdı. Bu dəfə xətt atamın idi. Məktubu alandan sonra Yasindən zəng gəldi, danışan atam idi. "Pulu çatdır", deyib telefon söndürdü. 50 mini düzəldib verdim”.
İlqar Zeynalov bildirib ki, əmisi bir müddət sonra atası ilə MTN-in İstintaq təcridxanasında görüşüb. Gələndən sonra atasının vəziyyətinin ağırlaşdığını bildirib: “Atam həbsdən buraxılmazdan 2 ay əvvəl Yasin Məmmədovla görüşdüm. MTN-nin arxa qapısında mənə “10 milyon dollar verə bilərsən?” deyə sual verdi. Ona bu qədər pulumuz olmadığını dedim. Yasin 8 milyonda israr edəndə məcbur olub razılaşdım.
Bundan sonra nə mal-dövlətim vardısa, satıb pul yığmağa başladım. “Elit kərpic” şirkətini, “Mercedes Benz S 350”, “Toyota Prado”, “Mazda X9”, “Hyundai”, “Toyota Land Cruiser” maşınlarımı satdım. Rəhmətlik qardaşım İlkin Zeynalov villasını, Nəsimi bazarının arxasındakı evini, “Qurman” restoranını və digər obyektini, rəhmətlik bacım “Tri Karona” binasındakı mənzilini, yeznəm Aslan Əsədov “Toyota Prado”sunu, əmim Məzahim Zeynalovun Binəqədidəki villasını satdıq. Əmim əlavə 500 min dollar verdi. Atamın dostu Aydın İbrahimovdan 2 milyon manat borc aldım. Atam həbsdən çıxandan sonra öz villasını Aydına verdi. Atamın dostu İlyas Panəliyev 450 min dollar borc verdi. Atamın dayısı oğlu Cəfərağa Tağıyev 500 min dollar borc, eyni zamanda “Lexus” və “Toyota Prado”sunu satıb pullarını bizə verdi. Bütün əmlakları satdıqdan sonra yenə də pul düzəlmədi. Rəhmətlik anam Böyükxanım Zeynalova özünə məxsus bütün qızıl-zinət əşyalarını, gümüş qabları, suvenirləri Mərkəzi Univermaqda satdı. Özüm 200 min, bacım Səbinə 70 min, qayınatam 600 min dollar düzəltdi. Qohumlardan borc yığdıq. İyulun sonuna qədər çatışmayan 1 milyon 284 min dolları da düzəltdik. 8 milyonu hazır edib Yasin Məmmədova zəng vurdum. Yasin dedi ki, pulları televizor qutusuna yığ gətir MTN-in arxa qapısına. Pulu çatdırandan sonra Yasin avqustun 2-də zəng elədi ki, gəl atanı apar”.
İlqar Zeynalovun ifadəsindən sonra Mövlam Şıxəliyev Yasin Məmmədova sual verib:
- Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?
- O pullar Ziyad Səmədzadəyə çatıb.
Hakim İlqar Zeynalovdan Ziyad Səmədzadənin bu məsələyə nə aidiyyatı olduğunu soruşub. İlqar Zeynalov Ziyad Səmədzadənin atası İbrahim Zeynalov ilə işbirliyi olduğunu deyib: “Atam onun vasitəsilə bankdan 3,5 milyon manat kredit götürmüşdü. Bu pula görə atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra da atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq”.
İlqar Zeynalov həbsdən çıxdıqdan sonra atasının Binə qəsəbəsindəki 4 hektar torpaq sahəsini də Mövlam Şıxəliyevə verdiyini, sonradan orada Yasin Məmmədovun özünə ev tikdiyini bildirib.
Məhkəmə martın 15-də davam etdiriləcək.
Məhkəmədə səsləndirilən iddialarla bağlı Milli Məclisin deputatı Ziyad Səmədzadənin köməkçisi onun məşğul olduğunu bildirib. Məsələ ilə bağlı onun köməkçisinə məlumat verilsə də, münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı