AVROPADAN MOSKVAYA AÇIQ HƏDƏ: "Rusiyaya ən sərt şəkildə cavab veriləcək, rus rəhbərliyi görünməmiş təcridlə üzləşəcək”

img

24-02-2022 [12:42]


Avropa İttifaqının (Aİ) liderləri fevralın 24-də keçiriləcək Zirvə toplantısında Rusiyaya qarşı indyədək qəbul etmədikləri ən sərt sanksiyalar zərfini müzakirə edəcək.

"RİA Novosti” xəbər verir ki, Aİ Parlamentinin sədri Jozep Borrel bildirib.

Onun sözlərinə görə, Rusiyaya ən sərt şəkildə cavab veriləcək: "Avropa Parlamenti Şurasının başçısı fevralın 24-ü axşam saatlarına Avropa İttifaqının sammitini çağırıb. Zirvə toplantısında Rusiyaya qarşı indyədək tətbiq olunmayan sanksiyalar zərfinin qəbul edilməsi ilə bağlı siyasi razılaşma əldə olunacaq”.

O, Rusiyaya qarşı vahid cavab verilməsini təmin və çağırış etmək üçün Avropa İttifaqının bütün müttəfiqləri ilə təmas olacağını vəd edib: “Rusiya rəhbərliyi görünməmiş təcridlə üzləşəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA