Ərdoğan: “Rusiyanın “DXR” və “LXR”-i tanıması qəbuledilməzdir”

img

22-02-2022 [14:25]


"Rusiyanın “Donetsk və Luqansk Xalq Respublikaları”nı tanımasını qəbuledilməz kimi dəyərləndiririk".

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb: “Rusiyanın bu qərarını qəbuledilməz sayırıq. Tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə çağırırıq. Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Qara dəniz ölkəsi olduğumuza görə bir çox tədbirlər paketi hazırlanmalıdır. Qara dəniz ölkəsi olmanın bizə verdiyi məsuliyyəti bir kənara qoya bilmərik. Bu anlayışla yolumuza davam edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA