Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
16-01-2026 [17:13]
Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib.
Mia.az xəbər verir ki, sənədə mahiyyəti üzrə aparılan dəyişikliklər aşağıdakılardır:
- BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "ailə vəzifələri olan işçi" anlayışı gətirilib.
- Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-cü il 10 iyul tarixli 227 nömrəli birgə qərarla bağlanmış "2014-2015-ci illər üçün Baş Kollektiv Saziş"in 2.3-cü bəndində Məcəllədə "minimum əməkhaqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsində verilən tərifə uyğunlaşdırılması öhdəliyi götürülüb. Bu öhdəlik "minimum əmək haqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə uyğunlaşdırılması məqsədilə yeni redaksiyada verilib.
- Məcəllənin bir sıra maddələrində (məsələn, 31-ci maddənin 3-cü hissəsi, 47-ci maddənin a) bəndi, 73-cü maddənin 2-ci hissəsi və s.) işçilərin ezamiyyəsi, eləcə də ezamiyyəni qadağan edən hallar barədə norma və qaydalar mövcuddur.
Bununla yanaşı, əvvəlki Məcəllədə işəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsi zərurəti ilə əlaqədar ezamiyyətə göndərmək hüququ, eləcə də işçinin belə hallarda ezamiyyə xərclərini almaq hüququ öz əksini tapmamışdı.
Göstərilənlərə əsasən, Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına "Ezamiyyət" anlayışı gətirilib.
- Prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilib.
- Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizmini tənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri (sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əmək müqaviləsinə 70-ci maddəsinin "e" bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilib.
- "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 56.0.2-ci maddəsinə əsasən Məcəllənin bir çox maddələrində "əmək müqaviləsinin ləğv edilməsi" və ya "əmək müqaviləsinə xitam verilməsi" ifadələri eyniləşdirilib.
- Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsaslarını gücləndirmək məqsədilə Əmək Məcəlləsinə üçtərəfli komissiya ilə bağlı yeni 41-1-ci maddə əlavə olunub.
- Sözügedən Məcəllənin 47-ci maddəsinə təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsinin bağlanılmasını müəyyən edən norma əlavə edilib.
- Sınaq müddətini keçmədiyinə görə işəgötürənin işçini işdən azad edə bilməsi bağlı 70-ci maddəsinə düzəliş edilib.
- Təcrübədə yaranan problemlər aradan qaldırılması məqsədilə 69-cu və 73-cü maddələrin adında dəyişiklik edilib. Bu maddələrin adından "qayda" sözü çıxarılıb, "Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi" və "Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi" kimi tənzimlənib.
- Məcəllənin 70-ci maddəsinin "a" bəndinə əsasən müəssisə ləğv edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilib. Praktikada fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işçilərlə bağlanılan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çoxsaylı suallar yaranıb. Qeyd edilən halın tənzimlənməsi məqsədilə 70-ci maddənin "a" bəndi təkmilləşdirilərək müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsası kimi verilib.
- "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun 50.1-ci maddəsinə əsasən "həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir". Uyğunsuzluğun aradan qaldırılması məqsədilə Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinin birinci və üçüncü cümlələri dəqiqləşdirilərək Məcəllədə müavinətin orta əmək haqqının azı 3 misli məbləğində verilməsi təmin edilib.
Sənədə əsasən, işçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Məcəllənin 117-ci maddəsinə tənzimləmə gətirilib.
- 120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsi yenilənib.
- Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-cü hissəsində norma müəyyən edilib.
- Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə, eləcə də analoji hal olaraq 177-ci maddəsinin 3-cü hissəsinə 3-1-ci hissə əlavə edilərək məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunması ilə bağlı tənzimləmə nəzərdə tutulub.
- Təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilib.
- Əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 223-cü maddəyə yeni hissə əlavə edilib.
Qanuna görə, BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq aparılan təkmilləşdirmələr bunlardır:
- BƏT-in "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasının tələblərindən irəli gələrək, "ailə vəzifələri olan işçi", BƏT-in "İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum əmək haqqının müəyyən edilməsi haqqında" (1970) 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə əsasən, "Minimum əmək haqqı" anlayışı Məcəlləyə əlavə edilib.
- "BƏT-n "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasının "Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında" 165 nömrəli Tövsiyəsinin 21-ci bəndinin 3) hissəsini nəzərə alınaraq Əmək Məcəlləsinin 94-cü maddəsi yeni redaksiyada verilib.
- "Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında" 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında" 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə əsasən Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavə edilib.
Azərbaycanın qoşulduğu BƏT-in "Ödənişli məzuniyyətlər haqqında" 132 nömrəli Konvensiyasının 12-ci maddəsinə əsasən Məcəllənin 138-ci maddəsinə yeni məzmunda 2-1-ci hissə əlavə edilib.
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var
NATO ölkəsi ABŞ-a meydan oxudu - "Bunu ilk dəfə söyləyirəm: iPhone kimi, F-35-lərin də proqram təminatını sındırarıq"
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI və ya tarixi imtahandan sinifdə qalanlar...