XİN: "Ermənistan Xocalıda baş verənləri qondarma rejimin törətdiyini irəli sürür"
23-02-2022 [16:32]
"Ermənistan tərəfi Xocalı soyqırımına görə məsuliyyəti qəbul etmir".
Mia.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ADA universitetində Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı konfransda deyib.
Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam etmiş təcavüzünün ən ağrılı səhifələrindən biri Xocalı faciəsidir: “Müharibədən əvvəl bu şəhərdə 7 mindən çox insan yaşayıb. 1991-ci ilin oktyabrından etibarən bu şəhər erməni qüvvələri tərəfindən mühasirəyə alınmışdı. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinləri, dinc əhali xüsusi amansızlıqla öldürülüb. Həmin gecə 613 nəfər qətlə yetirilib, 1 275 nəfər girov götürülüb, 487 nəfər bədən xəsarətləri alıb”.
O qeyd edib ki, 150 nəfərin taleyi bu günə qədər naməlumdur, bu faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq hər iki valideynindən birini, 25 uşaq hər iki valideynini itirib: “Xocalıda baş verənlər etnik nifrətin bariz təzahürüdür. Baş verənlər insanlıq əleyhinə cinayət idi. Mülki insanların məqsədyönlü qırğını Ermənistanın dövlət siyasətində azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi”.
Elnur Məmmədov Xocalıda baş verənlərin BMT-nin soyqrımı konsepsiyası ilə bağlı müddəalara cavab verdiyini diqqətə çatdırıb.
O vurğulayıb ki, BMT sənədi 1948-ci ildə qəbul olunub, Azərbaycan bu sənədə 1996-cı ildə, Ermənistan isə 1993-də qoşulub: “Bu konvensiya isə geriyə şamil olunmur. Bu prosedur xarakterli çətinlikdir. Digər çətinlik spesifik niyyətin sübut olunmaması ilə bağlıdır. Ermənistanın həmin əraziyə effektiv nəzarətinin sübut olunmaması da mümkün çətinliklər sırasındadır”.
Nazir müavini onu da qeyd edib ki, Ermənistan hadisənin Ermənistan tərəfindən deyil, qondarma rejim tərəfindən törədildiyi, hadisənin Azərbaycanın özü tərəfindən törədilməsi ilə bağlı vicdansız iddialar irəli sürür: “Ermənistan Xocalı soyqırımına görə məsuliyyəti qəbul etmir, bu isə hüquqi baxımdan vacib aspektdir”.
Elnur Məmmədov çıxışında tarixdə törədilən soyqırımların müqayisəsini aparıb, Srebrenitsa qətliamı, Ruanda soyqırımı barədə məhkəmə prosesləri barədə danışıb.
"SƏDƏRƏK"DƏ GÜCLÜ YANĞIN... - VİDEOLAR, FOTOLAR (Yenilənib)
Zelenskidən İlham Əliyevə minnətdarlıq: "Strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”
32 yaşlı ər 34 yaşlı arvadını öldürdü - Lənkəranda
ABŞ-də baş verən atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Azərbaycan XİN: "Müstəqillik gününüz mübarək, Ukrayna!”
Sabahın hava proqnozu açıqlanıb
"Ərazi bütövlüyü və suverenlik məsələlərində..." - İlham Əliyev Zelenskiyə məktub göndərdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramil Səfərovun həyat yoldaşı müşavir vəzifəsindən ayrıldı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri istefa verib
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?
Politoloq niyə “xarici agent”lər siyahısına salındı? - İddia
Azərbaycanlı tələbə Türkiyədə saxlanılıb - Deport olunacaq
İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı