Rusiya Ukrayna sərhədində döyüş hazırlığına başladı

img

13-03-2014 [10:54]


Rusiya ordusu Ukrayna ilə sərhəd boyunca hərbi təlimlər keçirir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin hərbi hissələri Rostov, Belqorod, Tambov və Kursk vilayətlərinin poliqonlarında hərbi təlimləri intensivləşdirib. Nazirliyin açıqlamasına görə, hərbi təlimlərin əsas məqsədi - hərbi hissələrin tanış olmayan və sınaqdan çıxarılmayan poliqonlarda təlim-döyüş tədbirlərinin icrasına hazırlıq səviyyəsini yoxlamaqdır.

Hərbi təlimlərin keçirildiyi dörd vilayətdən üçü Ukrayna ilə sərhəddə yerləşir. Təlimlərin martın sonuna kimi davam edəcəyi gözlənilir.

İki gün əvvəl də Rusiya hərbçilərinin bu dəfə hava-desant qoşunlarında yeni genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başladığı məlum olmuşdu. Bu, Rusiyada son 20 ilin ən genişmiqyaslı təlimləri olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA