Polislər diz çöküb üzr istədi (FOTO, VİDEO)

img

26-02-2014 [10:19]


Ukrayna polisinin göstərdiyi nümayiş bütün dünyanın diqqətini çəkib. Belə ki, sözügedən ölkənin minə yaxın polis əməkdaşları öz həmkarlarının etirazçılara qarşı göstərdiyi gücə etiraz etmək üçün xalq qarşısında diz çöküb üzr istəyib.

Təxminən 100 polis Ukraynanın qərbində yerləşən Lvov şəhərində bir araya gələrək mətbuat toplantısında və xalqın qarşısında çıxış edərək xalqdan onları bağışlamalarını istəyiblər.

Təhlükəsizlik qüvvələrinin xalqın yanında olmağını tələb edən polislər bölgələrində hər hansı bir hadisəyə qarışmadıqlarına görə qürurlu olduqlarını vurğulayıblar.

Polislərin diz çökərək üzr istəməsi görüntüləri bir anda bütün dünyaya yayılaraq böyük təsir bağışlayıb.

 Xatırladaq ki, Lvov Təhlükəsizlik Müdirliyi fevralın 21-də bir qrup polisini hökumət əleyhdarı nümayişlərə qatılmaq üçün Kiyevə göndərmiş və bu polislər fəal tərəfindən Müstəqillik Meydanında qəhrəmanlar kimi qarşılanmışdı(anspress).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA