Ərdoğan İlkər Başbuğ haqda nələr dedi?

img

07-03-2014 [10:02]



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğun azadlığa buraxılmasına münasibət bildirib. 

ANS PRESS-in məlumatına görə, R.T.Ərdoğan bildirib ki, Konstitusiya məhkəməsinin İ.Başbuğ ilə bağlı qərarını alqışlayır və prosesi diqqətdə saxladığını deyib.

"Konstitusiya məhkləməsinin verdiyi qərar vacibdir. Amma prezidentin qərarı ilə Xüsusi Səlahiyyətli Məhkəmələrin ləğv edilməsi gələcəkdə hansı effekt verəcəyini gələcək göstərəcək. Ankaraya qayıdanda lazımi məlumatları toplayacam. Lakin Başbuğa verilən qərarın yetərli olmasını diləyirəm”, - deyə baş nazir bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA