Ərdoğan: "2023-cü ildə Qara dənizdən hasil edilən qazı enerji sistemimizə qoşacağıq”

img

02-02-2022 [16:15]


Türkiyə 2023-cü ildə Qara dənizdə hasil ediləcək qazı öz enerji sisteminə qoşmağı planlaşdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İnşallah 2023-cü ildə Qara dənizdən hasil edilən qazı enerji sistemimizə qoşacağıq”, - deyə Ərdoğan bildirib.

Daha əvvəl enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə Qara dənizdə qaz hasil etməklə yeni tədarük proqramı müəyyən edəcək. Ankara tələb və təklif balansını pozmamaq üçün qaz tədarükündə qısa və ortamüddətli müqavilələrə üstünlük verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA