Hüquqşünasdan deputatın Londondakı pulları ilə bağlı izahat: "Çirkli pulların yuyulması ittihamı varsa..." - "Britaniya məhkəməsi Azərbaycana sorğular göndərəcək"
02-02-2022 [12:07]
“Araşdırmanın nəticəsində cinayət işinin başlanıb-başlanılmaması isə artıq zaman məsələsidir”.
Mia.az xəbər verir ki, bu fikirləri London məhkəməsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus iri məbləğdə bank vəsaitini müsadirə etməsinin parlament üzvü ilə bağlı hüquqi prosedurlara başlanması üçün əsas yaradıb-yaratmadığını dəyərləndirən “Konstitusiya” Fondunun prezidenti Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, çirkli pulların yuyulması ittihamı varsa, o işin mənbəyi, iştirakçıları, bağlılıqlar və sair detallar üzə çıxarılmalıdır.
“Şübhəsiz ki, çirkli pulların yuyulması ittihamı ilə bağlı hər halda, uzunmüddətli təhqiqatdan sonra belə bir qərar qəbul edilib. Yəni bu, tələsik qəbul edilmiş bir qərar kimi görünmür.
Çünki bildiyiniz kimi, əvvəl də mətbuatda bu məsələyə dair yazılar getmişdi. Lakin araşdırmaların davam edəcəyini nəzərə alsaq, bu barədə nəticə necə olacağı haqda indidən birmənalı fikir bildirmək çətindir.
Əgər ittihamlar tam sübut olunacaqsa, təbii ki, əmlakın müsadirəsi söhbəti aktuallaşa bilər. Eyni zamanda, ittihamda deyildiyi kimi, çirkli pulların yuyulması baş veribsə, Azərbaycan tərəfi də Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə öhdəliklərin icrasına nəzarət edən MONEYVAL Komitəsinin üzvü olaraq, bu işi nəzarətə götürəcək və iş araşdırılacaq.
Çünki çirkli pulların yuyulması ittihamı varsa, o işin mənbəyi, iştirakçıları, bağlılıqlar və sair detallar üzə çıxarılmalıdır. Yəni bütün o işlər bir sxem formasında baş verir. O baxımdan, yəqin ki müvafiq araşdırma aparılacaq. Lakin araşdırmanın nəticəsində cinayət işinin başlanıb-başlanılmaması isə artıq zaman məsələsidir, bunu proqnozlaşdırmaq həm mümkün deyil, həm də doğru olmazdı.
Hüquqda təqsirsizlik prezumpsiyası anlayışı var. Əvvəla, çirkli pulların yuyulmasında iştirak etmiş əsas fiqurlar tam şəkildə müəyyən olunmalıdır. İkincisi, başqa şəxslərin o işə aidiyyatının olub-olmaması istintaqın qarşısında duran əsas suallardandır. Bu məsələdə ailə üzvlərinin adı hallandığı üçün hörmətli deputatımız da yəqin ki öz münasibətini bildirəcək.
Böyük ehtimalla Britaniya məhkəməsi bu işlə əlaqədar Azərbaycana, həmçinin varsa, başqa ölkələrə də uyğun sorğular göndərəcək. O zaman bizim hüquq-mühafizə orqanları dövrəyə girərək, müvafiq araşdırmaya başlayacaqlar”.
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlaırnı yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz
Tramp və İlham Əliyev bir-birlərinə məktub göndərib - MƏTN
Çempionlar Liqası: “Qarabağ”ın oyununa 26 mindən çox bilet satılıb
"SOCAR Türkiyə" daha bir əməkdaşlıq sazişi imzalayıb - Açıqlamalar
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünya geridönməz su problemiylə üz-üzə: bir paytaxt susuz qalacaq, digəri isə sürətlə çökür... - BMT həyəcan təbili çaldı, çıxış yolu göstərdi
Departament rəhbəri vəzifədən azad olunub
"Evimdə də çətirim olmayıb və hazırda da yoxdur" - İsa Həbibbəyli
Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...