Haqsız rəqabətə qarşı mübarizə şöbəsi yaradılıb

img

01-02-2022 [16:10]


Auditorlar Palatasının Auditin təşkili, hesabatlılıq və informasiya İdarəsinin tərkibində yeni Haqsız rəqabətə qarşı mübarizə şöbəsi yaradılıb.

Mia.az Palataya istinadla bildirir ki, yeni şöbənin yaradılmasında əsas məqsəd-auditor xidmətinə ictimai etimadın yüksəldilməsi, auditor xidməti bazarında yol verilən haqsız rəqabət hallarının vaxtında aşkar edilməsi və belə hallara qarşı mübarizə aparmaqla onların aradan qaldırılmasıdır.

Şöbəyə Rövşən Cəfərli rəhbərlik edəcək. O, 2011-ci il tarixdən Auditorlar Palatasında aparıcı mütəxəssis, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA