Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı

img

31-01-2022 [16:03]


Keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevin xanımı Lalə Kazımovanın biznes subyektləri çöküş ərəfəsindədir.

Mia,az xəbər verir ki, qaynarinfo-ya daxil olan məlumata görə, xanım Kazımovanın nəzarətində olan şirkətlərin geriləməsi Əbülfəs Qarayev nazir kürsüsünü itirdikdən sonra başlayıb.

İddialara görə, şirkətlərin bəzilərinin vergi borcu var, bəziləri isə məhkəmə çəkişmələrinə cəlb edilib.

Araşdırmalarımız zamanı məlum oldu ki, Lalə Kazımovanın qanuni təmsilçisi olduğu "Yol + İlk Elmi Populyar Dərgi Redaksiyası” MMC-nin vergi borcu var. Məlumat üçün deyək ki, sözügedən MMC 29 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

MMC-nin bu günə olan vergi borcu 2138.20 AZN təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA