Viktor Yanukoviç Rostovda bəyanatla çıxış etdi (VİDEO)

img

11-03-2014 [14:10]


Viktor Yanukoviçin bəyanatı cəmi bir neçə dəqiqə çəkdi. O, Ukraynada baş verənləri "çevriliş" adlandırdı və Qərbi yeni hakimiyyəti dəstəkləməməyə çağırdı. Viktor Yanukoviç bəyan etdi ki, ABŞ Konqresi, Senatı və Ali Məhkəməsinə Ukraynada baş verənlərə hüquqi qiymət verilməsi üçün müraciət etmək niyyətindədir.


***

13.18

Viktor Yanukoviç bəyan edib ki, Ukraynanın legitim prezidenti və silahlı qüvvələrin ali baş komandanıdır: "Mən qaçmamışam. Hökumət binaları radikallar tərəfindən ələ keçiriləndə mən Ukraynada - Xarkovda, Donetskdə və Krımda olmuşam. Çevriliş zamanı mən Ukraynanı tərk etməməşəm. Şərait yaranan kimi ölkəyə qayıdacam”.


***

13.15

Viktor Yanukoviç bəyanatına özü barədə yayılmış şayiələrə münasibət bildirməklə başlayıb: "Mən sağam. Özümü yaxşı hiss etdiyimi deyə bilmərəm. Ukraynada baş verənləri narahatlıqla izləyirəm".

***

13.05


Bu dəqiqələrdə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rostovda bəyanatla çıxış etməlidir.

Mətbuat konfransının keçiriləcəyi "VertolEkspo” sərgi kompleksinə 100-ə yaxın jurnalist toplaşıb. Brifinqə gələnlərdən pasport və jurnalist vəsiqəsi tələb olunur. Media nümayəndələri sərgi mərkəzinə və zala girişdə yoxlamadan keçirilir.

Musavat.com Ukraynadan Rusiyaya qaçan sabiq prezidentin bəyanatını canlı təqdim edir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA