"Yanukoviçin qaçmağına şərait yaratdım"

img

27-02-2014 [12:25]


Ukraynanın daxili işlər naziri Arsen Avakov prezident Viktor Yanukoviçi həbs etməyərək qaçmasına şərait yaratmasının səbəbini açıqlayıb. 

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, nazir Yanukoviçi Krımda hərbi qarşıdurma yaranmasın deyə həbs etməyib: "Gərək heç zaman hərbi qarşıdurmaya və münaqişənin yaranmasına yol verməyək. Bu baxımdan açığını deyirəm ki, o gecə Sevastopolda məhz bu səbəbdən Yanukoviçə qarşı sərt tədbirlərin keçirilməsini istəmədik. Başa düşürdük ki, hər hansı sərt tədbir təxribata yol aça bilər. Çünki Krımın taleyi bizim üçün daha önəmlidir, nəinki Yanukoviçin”.

Qeyd edək ki, Yanukoviç kiçik oğlu Viktorla Sevastopoldan Rusiyaya keçib və hüquq-mühafizə orqanları da buna şərait yaradıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA