“Azərbaycan və Ermənistan prezidentləri bu ay görüşə bilərlər”-AÇIQLAMA

img

11-03-2014 [12:03]


"Bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutacağına ümid edirik". Bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik yalnız dövlət başçıları sülh problemi ilə bağlı çətin məsələləri müzakirə edə biləcəyini deyib.

C.Uorlik özünün "Twitter” sosial şəbəkədəki səhifəsində belə yazıb. Bundan əlavə o, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün fotosunu paylaşaraq məhsuldar görüş keçirildiyini yazıb.

Qeyd edək ki, martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib. Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Xarici işlər nazirliyindən verilən məlumata görə görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqədar narahatçılıq ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA