Krım parlamenti silah gücünə tutuldu - Rusiya bayrağı

img

27-02-2014 [12:12]



Bu saatlarda Krım Ali Radasının naməlum silahlılar tərəfindən tutulduğu xəbəri yayılıb.

Yerli medianın verdiyi xəbərə görə, Krım Nazirlər Şurasının sədri Anatoli Moqilyov bildirib ki, hakimiyyət nümayəndələri Nazirlər Şurası və parlament binalarını zəbt etmiş şəxslərlə danışıqlar aparacaq.

A.Moqilyovun sözlərinə görə, həmin şəxslər silahlı olsa da, aqressiv deyillər.

Nazirlər Şurasının sədri həmçinin muxtar respublikanın siyasi qüvvələrinə və sakinlərinə müraciət edərək durumu gərginləşdirməmək üçün onları baş verənlərə qarışmamağa çağırıb.

Hazırda həm parlament, həm də hökumət bunaları üzərində Rusiya Federasiyasının bayrağının qaldırıldığı bildirilir.



***

10:58

Bugun.az BBC-yə istinadən xəbər verir ki, Krım türkləri məclisinin lideri Refat Çubarov bu səhər öz Facebook səhifəsində belə bir status paylaşıb:

"20 dəqiqə əvvəl zəng vurub dedilər ki, Krım Ali Radasının, Krım Nazirlər Kabinetinin binaları silahlı şəxslər tərəfindən tutulub. Hələlik onlar heç bir tələb irəli sürməyiblər”.

BBC xəbər verir ki, bu barədə xəbəri Krım parlamentinin Mətbuat Xidməti də təsdiq edib.

Mediada yayılan fotolarda binanın üzərindən rus bayrağının dalğalandığı görünür.

Çərşənbə günü Krım yarımadasının inzibati mərkəzində Maydanı dəstəkləyən və ona qarşı olan mitinq iştirakçıları arasında toqquşmalar baş verib, bir kişi ürək tutmasından vəfat edib.

Yeni hakimiyyəti dəstəkləyənlər "Yaşasın Ukrayna!", "Allahu Əkbər!", və Maydan tərəfdarları arasında hakimiyyət əleyhinə səsləndirilən "Bandu - het!” ("Banda - rədd ol!") şüarlarını qışqırıb.

Qarşı tərəfin nümayişində rus vətənpərvər mahnıları arasında "Rusiya!” çağırışı səslənib

Krım parlamentinin qarşısında Kiyevdəki yeni hakimiyyəti tanımamaq tələbi ilə aksiya ötən gün başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA