Emin Ağalarov facebookun sahibinin bacısı ilə

img

11-03-2014 [10:41]


Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı bəstəkar, müğənni və iş adamı Emin Ağalarov tanınmış insanlarla görüşünə davam edir.

MİA ANS PRESS-ə istinadən xəbər verir ki, Nyu-Yorkda səfərdə olan ifaçı bir neçə məşhurla görüş keçirib. Onlardan biri də Facebook sosial şəbəkəsinin yaradıcısı olan Mark Zükerberqin bacısı Randi Zükerberqdir. Müğənniliklə yanaşı bəstəkar və iş adamı kimi fəaliyyət göstərən sənətçi Randi ilə kamera önünə keçib. Daha sonra isə fotonu sosial şəbəkədə "Facebook”un dahi yaradıcısı Mark Zükerberqin bacısı Randi Zükerberqlə görüş" şərhi ilə paylaşıb. Bundan əlavə olaraq Emin Ağalarov Zükerberqlə görüşdüyü üçün şad olduğunu bildirib. Facebook və İnstaqramda yerləşdirilən foto izləyicilər tərəfindən maraqla qarşılanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA