“Kişinin bir gecəlik xəyanətini qəbul edirəm” - Ebru Polad

img

04-02-2014 [11:58]


Türkiyənin tanınmış müğənnisi Ebru Polat xəyanət haqqında verdiyi açıqlamalarla hər kəsi təəccübləndirib.

"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni sevgilisinin xəyanətini bağışlayacağını bildirib: "Mənə də mütləq xəyanət ediblər, amma xəyanətin ölçüsü mənim üçün əhəmiyyətlidir. Adam məni çox sevir, amma vaxt keçirmək üçün bir dəfə xəyanət edərsə, bağışlayaram. Kişinin bir gecəlik xəyanətini qəbul edirəm. Amma o qadına sevgi dolu sözlər söyləməyəcək. Ayrıca eyni qadınla ikinci dəfə görüşməsini əsla qəbul etmərəm. Çünki o zaman onu bəyənmiş olur. Aldatmaq yatmaq deyil, mənim üçün əsas olan duyğulardır".

Müğənni "Heç xəyanət etmisinizmi?” sualına isə "Əsla ... Sevdimmi tam sevərəm, gözüm başqasını görməz"-, deyə cavab verib.

Qeyd edək ki, Ebru Polat Dubayda yaşayan azərbaycanlı iş adamı ilə sevgi münasibəti yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA