PUTİN GERÇƏKDƏN NƏ İSTƏYİR? - Məşhur amerikalıdan təhlil
24-01-2022 [20:07]
İvo Daalderin “Financial Times” qəzetində “Putinin ən böyük qorxusu Rusiyanın qonşularının azadlığıdır” başlıqlı məqaləsi dərc olunub.
Xatırladaq ki, İvo Daalder 1995-1997-ci illərdə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa bölməsinin direktoru, 1998-2001-ci illərdə ABŞ-ın XXI əsrdə Milli Təhlükəsizlik Məsələləri Komissiyası nəzdindəki tədqiqat qrupunun üzvü, 2009-2013-cü illərdə ABŞ-ın NATO-da səfiri olub. İvo Daalder 2013-cü ildən Amerikanın nüfuzlu analitik mərkəzlərindən sayılan Qlobal Məsələlər üzrə Çikaqo Şurasının prezidentidir.
Mia.az Novator-a istinadla “Putinin ən böyük qorxusu Rusiyanın qonşularının azadlığıdır” məqaləsini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır:
"Ukraynada müharibə ehtimalı böyük əks-səda doğursa da, Rusiya ilə diplomatik təmaslar həyata keçirilsə də, əsas məsələ yenə müəmma olaraq qalır: prezident Vladimir Putin gerçəkdən nə istəyir?
Bu ay Cenevrə, Brüssel və Vyanada ABŞ, NATO və Avropa rəsmiləri ilə görüşən rusiyalı diplomatlar belə Putinin niyyətini bilmədiklərinə işarə vurublar. Eyni zamanda onların hamısı bu sözü deyiblər: tələblərimizi qəbul etməsəniz “fəlakətli nəticələrlə” üzləşə bilərsiniz.
Rusiyanın tələbləri aydındır. Moskva NATO-nun şərqə, xüsusən də Ukraynaya doğru genişlənməsinə son qoyulmasını istəyir. Kreml Rusiya sərhədi yaxınlığında, ən çox da Ukrayna ilə sərhəddə hərbi texnika cəmlənməsini yasaq etmək istəyir. 1999-cu ildən başlayaraq NATO-ya 14 yeni ölkə qoşulub. Moskva istəyir ki, NATO həmin ölkələrdə yerləşdirdiyi bütün hərbi qüvvələri, infrastrukturu o ölkələrin özlərinə təhvil versin.
Bu tələbin kökündə duran odur ki, Moskva həmin dövlətlərin NATO-ya bərabər gücdə olmadığını bilir.
Alyansa yeni üzvlərin qəbul edilməsi hüququ NATO-nun təsis müqaviləsində əksini tapıb və 1952-ci ildən bəri dəfələrlə əməli şəkildə reallaşdırılıb. Alyans üzvlərinin müdafiəsinin təmin olunması qərarlarını isə Rusiya deyil, NATO özü verir.
Əslində Ukraynaya hücum NATO-nu Moskvanın tələblərini yerinə yetirməyə məcbur etmək baxımından heç də ağıllı variant deyil. Əksinə, bu, Ukrayna cəmiyyətində Qərbə yaxınlaşmaq siyasətinə dəstəyi daha da gücləndirə bilər. Rusiyanın 2014-cü ildə Ukraynaya təcavüzü zamanı da belə oldu.
Eyni zamanda Moskvanın seçdiyi taktika Ukraynanı gücləndirmək üçün bu ölkəyə daha yüksək templə maddi dəstək verilməsinə gətirib çıxarır. Ukraynaya növbəti hərbi müdaxiləyə qərar versə, Rusiya sərhədlərində ABŞ və NATO qüvvələrinin mövcudluğunun artacağına şübhə yoxdur.
Rusiya bütün diqqətini NATO-ya, həmçinin alyansın keçmiş fəaliyyətinə yönəltsə də, Putinin istəyinin cavabı Brüsseldə, Vaşnqtonda yox, elə Moskvanın özündədir.
Putin şübhəsiz ki, NATO-nun genişlənməsindən narahatlıq keçirir, ancaq onun əsl problemi 1991-ci ildə Sovet İttifaqının dağılmasıdır. Putin SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” sayır. Bu “fəlakət” Rusiyanı hər biri öz gələcəyini müəyyən etməyə qadir müstəqil dövlətlərin əhatəsində qoyub.
Rusiya keçmiş sovet məkanında ən güclü dövlət olaraq qalır. O, BMT Təhlükəsizlik Şurasının üzvüdür, dünyanın ən qüdrətli ordularından və ən böyük nüvə arsenallarından birinə malikdir. Bununla belə Putin qorxur və onu qorxudan Rusiyanın qonşularının müstəqilliyidir. Onun ən böyük qorxusu budur. Səbəb o deyil ki, qonşuları Rusiyaya hərbi cəhətdən təhlükə törədir. Xeyr, onlar Putinin rejiminə təhlükə törədir və bu, hərbi yox, siyasi təhlükədir.
Putin qorxur ki, qonşuluqdakı keçmiş sovet respublikalarından biri uğurlu, çiçəklənən demokratik dövlətə çevrilər (mən hələ Qərbə tam inteqrasiyanı demirəm), nəticədə eyni şeyi rus xalqı da tələb etməyə başlayar. Bunun qarşısını almaq üçün Putin çalışır ki, qonşu dövlətlərə hakimiyyətdə qalıb-qalmayacağı Rusiyadan asılı olan güclü adamlar rəhbərlik etsinlər.
2000-ci illərin əvvəllərində Gürcüstanda və Ukraynada “rəngli inqilab” adlandırılan inqilablar oldu. Bu, Putini bərk qorxuya saldı. O, 2011-2012-ci illərdə Rusiyada narazılığını bildirməyə qalxmış xalqın üstünə qəzəblə yeridi, kütləvi etiraz aksiyalarını yatırtmaq əmrini verdi.
2014-cü ildə Ukraynadakı Meydan hərəkatı Rusiyanın dəstəklədiyi prezident Viktor Yanukoviçi ölkədən qaçmaq məcburiyyətində qoyanda Putin bu ölkənin Krım yarmadasını ilhaq etdi, Donbas bölgəsində separatçı rejimləri maliyyələşdirməyə başladı – bu günədək də maliyyələşdirir.
2020-ci ildə Putin Belarusda seçki saxtakarlığına etiraz edən dinc nümayişləri dağıtmaqda Aleksandr Lukaşenkoya yardımçı oldu. 2022-ci ilin yanvarında isə o, növbəti üsyanı yatırtmaq üçün Qazaxıstana qoşun göndərdi.
Xaricdə diktatorları dəstəkləyə-dəstəkləyə Putin o biri yandan da öz ölkəsində yerini bərkitməyə çalışıb – konstitusiyanı dəyişərək ən azı 2036-cı ilə qədər hakimiyyətdə qalmaq imkanı qazanmaqla, rəqiblərini öldürtməklə, tutdurmaqla, müstəqil KİV-ləri qapatmaqla, vətəndaş cəmiyyəti nümayəndələrini “xarici agent” adlandırmaqla məşğul olub.
Putin bütün bu addımlarını Rusiyanı düşməndən – Qərbdən qorumaq zərurəti ilə əsaslandırır. Deyir xarici qüvvələr Rusiyaya qonşu ölkələrdə “rəngli inqilab”lar təşkil edib NATO-nu Rusiya sərhədinə daha da yaxınlaşdırmaq istəyir.
Ukrayna böhranına geniş prizmadan yanaşmaq lazımdır. Rusiyanı təhdid edən nə Ukrayna, nə də hələlik şərq cinahına vur-tut bir neçə tabor yerləşdirmiş NATO-dur. Alyansın həmin taborları Rusiyanın Ukrayna yaxınlığında cəmlədiyi qoşunlarla heç müqayisə edilə bilməz.
Amma Putin qəsdən böhran vəziyyəti yaradır. O, Ukrayna üzərində nəzarəti yenidən öz əlinə keçirmək istəyir. Rusiya prezidenti təxribatlardan, kiberhücumlardan və hibrid müharibənin digər formalarından yararlanmaqla Ukrayna hakimiyyətini birbaşa və ya dolayı yolla sabotaj etməyə çalışır.
Putinin qələbə çalmasına imkan vermək olmaz. Ukraynanın müstəqilliyi və onun (bəzən büdrəsə də) demokratiyaya sadiqliyi – Avropanın təhlükəsizliyi və sabitliyi ilə rus ekspansionzminin dirçəlişi arasında duran amillər bunlardır.
Rusiyaya NATO-nun genişlənməyəcəyini vəd etməklə və ya alyansın şərq cinahından qüvvələri çıxarmaqla Putini dayandırmaq mümkün deyil. Putini yalnız Ukraynaya qətiyyətli dəstək dayandıra bilər. Ona görə ABŞ və NATO Kiyevə özünü müdafiə etmək üçün hər bir şəraiti yaratmalı, Ukraynanı hər cür silahla təchiz etməlidir.
Ceyhun Bayramov dövlət naziri ilə görüşüb - Nələr müzakirə olunub?
ABŞ-da bir ilk: insanda "Yeni Dünya vida qurd milçəyi" aşkarlandı
Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
“Araz-Naxçıvan” Şahin Diniyevin oğlu ilə anlaşıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ləman Məmmədova rəis təyin olunub
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi
Gəncədə ana və oğlu bıçaqlanıb
MEDİA-da rumıniyalı qonaqlarla görüş olub - FOTOLAR
Qəzzada ölənlərin sayı artıb - Son statistika
Tolik dəbdəbəli bağı evinin həyətindən görüntülər yayıb
Britaniyada qəza: helikopter tarlaya düşüb
"SƏDƏRƏK"DƏ GÜCLÜ YANĞIN... - VİDEOLAR, FOTOLAR (Yenilənib)
Ali məktəblərə qəbul: nə qədər boş yer qaldı?
Türkiyə Ukraynaya hərbçi göndərəcək? - Kiyevə təhlükəsizlik zəmanətində Ankaranın rolu (TƏHLİL)
SOCAR Özbəkistanda neft-qaz axtaracaq - Bu tarixdən
“Uninet”in CityNet”i: aldadılan abonent, 3 gecikən müqavilələr...
ADSEA Zaur Mikayılovla qudalarının hökmü: xaotik vəziyyət, yanlış kadr siyasəti, saxta diplomlar, bərbad idarəçilik və... - VİDEO
"Aygünün qızı mənimlə danışmır"
"Vilyarreal" müdafiəçi transfer edib
Tikinti təşkilatı qaz xəttini zədələyib - Bu ərazlərdə qaz olmayacaq
"Kocaelispor" yeni transferlə bağlı xəbər yayıb
"Sabah “Kapital Bank” yansa, yazacaqlar ki, ““Sədərək” yanır" - Mətbuat katibindən etiraz
Qarabağ zonasında daha 1459,4 hektar ərazi minalardan təmizlənib
"Beşiktaş" oyunçusunu icarəyə verdi
Sabah hava necə olacaq? - Proqnoz
Qəzzada aclıq: daha 11 nəfər ölüb, 2-si uşaqdır
Prezident Böyük Britaniyanın dövlət nazirini qəbul edib - İlham Əliyevə forma hədiyyə olundu + FOTOLAR
"Azəriqaz"da struktur dəyişikliyi: "Hüquqi statusu olmayan" Regional Qaz İstismar İdarəsi və ya... - SƏNƏD
"Bolonya" Conata Rou heyətinə qatıb
Dövlət Xidmətinin bu səlahiyyəti ləğv olunub - Fərman
Tikinti ilə bağlı mühüm yenilik - Ali Məhkəmə qanunsuz və özbaşına tiklilərlə bağlı izahat verdi
Prezident İlham Əliyev sərəncam imzalayıb
Prezident sərəncam verdi: “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradıldı - Vəsaitlərə nəzarət gücləndirildi
"İşçilər Mehriban xanıma etirazlar edirdi, o da deyirdi ki, "kim işləmirsə, ərizəsini yazsın" - Məhkəmə işi
Vyetnamda qasırğa təlükəsi: 586 min insan təxliyə olunub
""Sədərək”də əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir" - Deputatdan yanğınla bağlı maraqlı şərh
Rumıniya Senatının üzvü "Heydər Əliyev” zirvəsinə qalxıb - FOTOLAR
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Ağdərədə insan skiletinin qalıqları tapılıb
"Mançester Siti" müdafiəçisinin müqaviləsini uzatdı
Sedat Peker sükutu pozdu: "Mən bu dövlətin övladıyam"
Tayfur Bingöl "Kocaelispor"a transfer olub
37 yaşında tələbə oldu - VİDEO
Qəbələdə narkotik bitki yetişdirən şəxs tutulub