Ermənistan prezidenti istefa verdi - Səbəb
23-01-2022 [20:23]
Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
Mia.az xəbər verir ki, bu barədə Armen Sarkisyanın özü bəyanat yayıb.
O bildirib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmamasıdır:
“2018-ci ildə prezident olmaq təklifini qəbul edərkən, yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı.
Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu.
Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika Prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm”. “Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim.
Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır: müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd - Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır.
Bizdə paradoksal vəziyyət yaranıb: prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s”.
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu
Abşeronda su təsərrüfatı çöküb: tonlarla su kanalzasiyaya axır - Yarıtmaz kadr siyasətinin acı nəticəsi + VİDEO
Suriya ordusu qruplaşmaya qarşı daha bir şəhərdə əməliyyata başlayıb
Azərbaycan nefti 70 dollara satılır - Qiymət qalxdı
Sürücülərə xəbərdarlıq olunub - Hava ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Oktay Kaynarcanın narkotestinin cavabı çıxdı: "Başım dikdir"
“PAŞA Holding”də yeni törəmə şirkət yaradıldı, təyinat oldu – “PAŞA Maliyyə Holding” hans işləri görəcək?
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Türkiyə futbolunda "mərc oyunu": 146 məşqçi cəzalandırıldı - SİYAHI