Blinken Lavrovla görüşdən danışdı, Moskaya iki şərt qoydu: "...sürətli və sərt cavab verəcəyik"
21-01-2022 [16:57]
"Rusiya ya danışıqları, ya da münaqişəni davam etdirməlidir. ABŞ hər iki varianta hazırdır".
Mia.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçirilən görüşdən sonra deyib.
Blinkenin sözlərinə görə, fakt budur ki, Rusiya Ukrayna sərhədinə çox sayda qüvvə yığıb və buna davam edir: "Rusiya həm də Belarusa qüvvələr yığıb ki, bu da Rusiyanın hücum edəcəyi təqdirdə qabiliyyətini gücləndirir. 2014-cü ildə Rusiya Ukrayna hücum etdi, güc yolu ilə bu ölkənin sərhədlərini dəyişdi. Ancaq biz həmişə Rusiya rəsmilərindən eşitmişik ki, Rusiyanın Ukraynaya hücum etmək niyyəti yoxdur. Bu gün Lavrov da bunu təkrar etdi. Lakin sözlərə yox, hərəkətlərə baxmaq lazımdır. Mən Lavrova dedim ki, biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində bu ölkənin yanında qətiyyətlə dayanırıq və Rusiya qüvvələri Ukrayna sərhədini keçərsə, ABŞ və müttəfiqlərinin buna sərt və cəld cavabı olacaq. Rusiyanın hərbi yox, digər hibrid hücumları olarsa, ona da ABŞ və müttəfiqləri koordinasiyalı şəkildə qətiyyətli cavab verəcəklər. Lavrova bildirdim ki, Rusiyanın son həftələrdə qaldırdığı təhlükəsizlik narahatlıqlarına ABŞ və müttəfiqləri qarşılıqlılıq prinsipi əsasında cavab verə bilər, bu o deməkdir ki, Rusiya da bizim narahatlıqlarımıza cavab verməlidir”.
Dövlət katibi deyib ki, Lavrovla müzakirələr zamanı o, Rusiyanın yalnız Ukrayna ilə bağlı təhlükəsizlik problemi yaratmadığını, həm də Avropa və beynəlxalq sistem üçün problem yaratdığını deyib: “Bu müzakirələr deyildi, səmimi şəkildə fikir və ideyaların mübadiləsi idi. Mən Lavrova onu da bildirdim ki, müəyyən prinsiplər və dəyərlər var ki, ABŞ və müttəfiqləri onu qorumağa sadiqdir. Bura Ukrayna xalqının öz gələcəyini suveren şəkildə seçmək hüququ daxildir. Bununla bağlı heç bir sövdələşmə ola bilməz”.
O bildirib ki, bu görüş deskalasiyaya nail olmaq və Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün davam edən səylərin bir hissəsidir: "Mən müttəfqilərimiz və tərəfdaşlarımızla, eyni zamanda Ukrayna rəsmiləri ilə müzakirələrdən gəlirəm. Biz hamımız yaxın kordinasiyadayıq və narahatlıqlarımızı bölüşürük. Hamımız bütün fikir ayrılıqlarını həll etmək üçün çalışırıq və bu istiqamətdə diplomatiya və dialoqa sadiqik. Lakin əgər bu yol qeyri-mümkün olarsa və Rusiya Ukraynaya qarşı aqressiyanı davam etdirməyə qərar verərsə, biz birgə sürətli və sərt cavab verəcəyik. Mən bu görüş imkanından istifdə edərək sizinlə birbaşa olaraq müttəfiqlərimizin ortaq fikrini, həmçinin sizin qaldırdığınız narahtlıqlarla və həmçinin Rusiyanın hərəkətləri ilə bağlı bizim dərin narahtlıqlarımıza yönəlmiş konkret ideyaları bölüşmək istədim".
O vurğulayıb ki, ABŞ və müttəfiqləri fundamental prinsiplərə sadiqdir və bu prinsipləri hər zaman müdafiə edəcəklər.
"Bu kritik andır, təbii ki, bütün məsələləri burda həll edə bilmərik, lakin mən ümid edirəm və inanıram ki, biz diplomatiya yolunu seçmək barədə qərar verə biləcəyik. Diplomatiya və dialoq yolu açıqdır və biz bu yoldan getməyə sadiqik . Fikir ayrılıqlarımızı sülh yolu ilə həll etməyə hazırıq. Ümid edirəm ki, bu gün bu təklifi biz yoxlaya biləcək və bunun ardınca hara gedəcəyimizi görə biləcəyik".
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Ümid Partiyasında əməliyyat olub? - İqbal Ağzadədən açıqlama
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu