RƏSMİ MOSKVA: “SSRİ-nin dirçəlişi və ya bərpası..." - "Dünyanı “təsir dairələri” və “arxa həyətlər”ə bölən Rusiya deyil, kollektiv Qərbdir”
21-01-2022 [14:36]
“SSRİ-nin dirçəlişi və ya bərpası haqqında ciddi danışmaq çətin ki, mümkündür. Tarixin gedişatını geri qaytarmaq olmaz. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib. Biz praktiki siyasətimizdə mövcud reallıqlardan çıxış edirik”.
Bunu Rusiya XİN-dən medianın SSRİ-nin bərpasına cəhdlərlə bağlı Qərbdə fikirlərin mövcud olması ilə əlaqədar sualı şərh edərkən bildirilib.
XİN-dən bildirilib ki, ABŞ və digər ölkələr kimi Rusiyanın da qanuni maraqları var və bu, təhlükəsizlik sahəsini də əhatə edir: “Hər bir dövlət kimi, biz də xarici çağırışların və təhdidlərin, xüsusən də hərbi və hərbi-texniki xarakterli təhdidlərə cavab verməyə bilmərik. Biz bunu beynəlxalq hüquq çərçivəsində edirik. Əslində bizim hərəkətlərimizi Rusiya üçün hansısa eksklüziv “təsir dairəsi”nin formalaşdırılması kimi şərh etməyə heç bir əsas yoxdur”.
Diqqətə çatdırılıb ki, Qərb müasir dövrdə “təsir dairələri”nin qəbuledilməzliyini bəyan etsə də, ancaq burada ikili standartlar nümayiş etdirir: “Bir neçə il əvvəl Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ozamanki Ali Nümayəndəsi Moqerini demişdi ki, Aİ Qərbi Balkanların bütün problemləri ilə məşğul olacaq və başqalarının bu regiona qarışmaması daha yaxşıdır. O, təbii ki, ilk növbədə Rusiya və Çini nəzərdə tuturdu. Bu, icazəsiz “təsir dairəsi” yaratmaq cəhdi deyilsə, bəs nədir?”
Rusiya XİN həmçinin Aİ-nin hazırkı Ali Nümayəndəsi Cozep Borrellin NATO koalisiyası Əfqanıstandan çıxdıqdan sonra bu ölkəyə Rusiya və Çinin girməsinə icazə verməməklə bağlı açıqlamasını xatırladıb: “Onun (Cozep Borrellin) sözlərinə görə, Rusiyanın ümumiyyətlə Afrikada işləməməsi daha yaxşıdır, çünki Afrika, onlardan sitat gətirirəm, “bizim yerimizdir”. Eyni zamanda, bütün səviyyələrdə fransızlar Rusiyanın Malidəki mövcudluğu məsələsini qaldıraraq, Fransa üçün bunun “qırmızı xətt” olduğunu neokolonial şəkildə bəyan ediblər”.
Rusiya XİN Qərbin təkəbbürlü “Biz hər şeyi edə bilərik, amma Rusiya - heç nə” düşüncəsində olduğunu bildirib: “Bütün bunlar onu deməyə əsas verir ki, dünyanı “təsir dairələri” və “arxa həyətlər”ə bölən Rusiya deyil, kollektiv Qərbdir”.
Rusiya XİN-dən o da qeyd olunub ki, Sovet İttifaqı dağıldıqdan sonra Amerika liderləri “yeni dünya düzəni” qurmağa başlayıblar: “Bu, əslində ABŞ-ın təsir zonasının bütün dünyaya genişlənməsi demək idi. Belə bir siyasətin nəticəsi müharibə və xaos, yüz minlərlə ölü, dağıdılmış dövlətlər, milyonlarla qaçqın, hələ də davam edən geosiyasi gərginlik oldu”/APA.
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Ümid Partiyasında əməliyyat olub? - İqbal Ağzadədən açıqlama
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Əmrə Belözoğlu: "Liqa matçlarında qalib gəlmək asan deyil"
İran XİN Trampın sözünü təkzib etdi: "Məsuliyyətsiz açıqlama idi" - "Səfırliklər bağlanmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
SDQ "Ağ bayraq" qaldırdı, Şara atəşkəs elan etdi: "Hökumət qüvvələri üç şəhərə daxil olacaq" (YENİLƏNİB)
Suriya ordusu SDQ-yə qarşı daha iki cəbhə açdı - Türkiyə tərəfdən...
Binəqədidə maşın və motosiklet oğruları tutulub
2026-cı ilin sonuna qədər ev və maşın alacaq - 5 BÜRC
Ramil Şeydayev “Qarabağ”dan da gedir
Qar yağacaq - Sabahın hava proqnozu
Prezident İlham Əliyev Şəhidlər xiyabanında - FOTOLAR
Anar Ələkbərov “Qeyzer” adlı sərgidə - FOTOLAR
Dağətəyi rayonlara qar yağır
Şamaxı və Ağsuda zəlzələ olub (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Körpələr evinin müdirini bıçaqladılar - Tovuzda + VİDEO
“Park Cinema”da “Səkkiz” serialının yayımı dayandırıldı
İki gün ərzində güclü külək əsəcək - Xəbərdarlıq
10 yaşlı uşağı sabiq icra başçısının oğlu xilas edib - FOTO
Maşın kanala aşdı: müəllim öldü
Bakıya sulu qar, rayonlara isə qar yağacaq - Sabahın hava proqnozu