Ermənistan sərhəddəki vəziyyətlə bağlı təkliflərini Bakıya göndərib - Həmsədrlər də bölgəyə gəlir?

img

19-01-2022 [17:17]


Ermənistan sərhəddəki vəziyyətin deeskalasiyası ilə bağlı təkliflər paketini Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təqdim edib.

TASSn xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Hazırladığımız təkliflər paketi Rusiyaya, onun vasitəsilə isə Azərbaycana təqdim edilib. Bu təkliflər sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlib”, - o qeyd edib.

Mirzoyan azərbaycanlı həmkarı ilə görüşünün planlaşdırılmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəyini bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA