Rəsmi Moskva Ərdoğana "yaşıl işıq" yandırdı - Türkiyə Ukrayna ilə bağlı vasitəçilik edəcək

img

19-01-2022 [14:14]


“Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib.

“Anadolu”nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib: “Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna Prezidenti Vladimir Zelenksi ilə danışıqlar aparır. Hətta, hər ikisini görüşmək, problemlərini və fikir ayrılıqlarını həll etmək istəyəcəkləri təqdirdə, Türkiyəyə dəvət edib”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA