Dini konfessiya rəhbərləri 20 yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydıllar
18-01-2022 [14:05]
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar.
Qafqaz Müsəlmanları İdarəsindən Mia.az-a verilən məlumata görə, bəyanatda deyilir:
"Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı əbədidir.
20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev bütün təqiblərə baxmayaraq doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını sərt ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi açıq ittiham məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider və dini rəhbərin qətiyyətli mövqeyi xalqı səfərbər etdi. Bir milyondan artıq insan təqiblərdən, ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi olaraq həkk olundu.
20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Qarabağ uğrunda mübarizənin - I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının ən ülvi arzusunu yerinə yetirdi — Qarabağı, Şuşanı azad edərək xalqımıza qaytardı. Şükürlər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq, dövlət naminə davamlı səyləri sayəsində ölkəmizin siyasi, iqtisadi qüdrəti daha da artır, beynəlxalq nüfuzu daha da güclənir, mədəni, dini-mənəvi dəyərləri ən yüksək səviyyədə qorunaraq inkişaf etdirilir. Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri bütün Azərbaycan dindarları adından müzəffər dövlət rəhbərimiz Zati-aliləri Prezident İlham Əliyev cənablarına böyük Qarabağ Zəfərinə, habelə 2022-ci ili Şuşa ili elan etmək kimi fəxarətdoğuran qərarına görə dərin minnətdarlığımızı bildirir, dövlətçiliyimiz naminə misilsiz fəaliyyətinə Uca Yaradandan uğurlar diləyirik.
Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olmuşlar.
Azərbaycanın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyalar hər zaman birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişlər. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən övladları ilə fəxr edir. Şəhidlərimiz, qazilərimiz, qəhrəman övladlarımız bizim qürur mənbəyimizdir.
Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinə, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, qazilərə şəfa diləyirik. Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, şəhidlərimizin əziz ruhlarını anır, Ulu Rəbbimiz, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.
Uca Allah Vətən şəhidlərinə rəhmət eləsin! AMİN!
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Yepiskop Vladimir FEKETE,
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol
prefekturasının ordinarisi
Arximandrit Aleksiy NİKONOROV
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Melih YEVDAYEV,
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
Robert MOBİLİ
Alban-udi xristian dini icmasının sədri
"Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir" - Mikayıl Cabbarov
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bələdiyyə sədri MHP-dən istefa verdi
Tələbə bıçaqlanıb
Azərbaycan Kuboku: 2025/2026 mövsümünün tam təqvimi açıqlandı
Azərbaycan IFC ilə əməkdaşlıq sazişi imzaladı
"Çox gözəl qonarar verirdilər, ancaq ərim icazə vermədi" - Qumralı İrana çağırırlarmış
Yaşar Nurinin qızı bu görüntüylə gündəmə gəldi - VİDEO
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
"Beşiktaş"ın "Kayserispor"da start heyəti dəqiqləşir - 8 futbolçu oynaya bilməyəcək
Avropa Liqası: "Fənərbağça"nın oyununu fransız hakim idarə edəcək
Ermənistan vətəndaşları Bakıda məhkəmədə - İki kəndə hücumla bağlı sənədlər elan edilib
Adnan Əhmədzadənin vəkili: "Hər bir proses hüquq üzərindən aparılır"
Balıkəsirdə daha bir zəlzələ oldu - 4.5 bal gücündə
Samir Məhərrəmli 3 oyunluq cəzalandırılıb
Meyxanaçı Balaəlinin 34 min manatlıq saatı - VİDEO
Qəzzada itkilər artıb
Bu bankların əmlakları hərraca çıxarıldı - SİYAHI + MƏBLƏĞ
Ağdərənin Həsənriz kəndinə daha 115 nəfər köçürüldü
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Sabah yağış yağacaq
Baş Qərargah rəisi Belarusa gedib
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Hökumət qərar verdi
CHP Ərdoğanın partiyasını qabaqlayır, MHP geriləyib - Sorğu
Avtomobilinə kvadrat nömrə arzulayan sürücülərin diqqətinə! - Qanunla belə almaq olur - VİDEO
"İki dəfə dünya çempionu olmuşam, bir səhvdir, etmişik" - Mayora hücum edən idmançılar hakim qarşısında
İctimai yerdə futbol oynayan uşaqların valideynləri cərimələnb
ChatGPT-lə bağlı yeniliklər olacaq
İlham Əliyev prokurorların beynəlxalq konfransının iştirakçılarına müraciət göndərib
2600 manat birdəfəlik müavinət necə veriləcək? - Deputatdan açıqlama
Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir - İlham Əliyev müraciət ünvanlayıb (Yenilənib)
Bakının əsas mərkəzi yolları yenidən açıldı
ABŞ-da silahlı insident: 2 nəfər ölüb, 5 yaralı var
50 yaşlı keçmiş məhkum 64 yaşlı həmkəndlisini döyə-döyə öldürüb
Türkiyədə yenə zəlzələ olub
Oğuzda əməliyyat: ər, arvad, gəlin və oğul qandallandı - FOTO