DSMF-dən ünvanlı dövlət sosial yardımı alanlara - Xəbərdarlıq

img

12-01-2022 [19:03]


Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı dövlət sosial yardım alanlara xəbərdarlıq edib.

Fondun sosial ödənişlər departamentinin müdiri Rasim Səfərov bildirib ki, ünvanlı dövlət sosial yardımının məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır:

"Daha sonra isə ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır. Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA