KTMT: "Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var".

img

07-01-2022 [09:27]


"Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var".

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.

Zas deyib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələri silahlı dəstələrin hücumu zamanı atəş açmaq hüququna malikdir/Report.

Bundan əvvəl baş katib vurğulayıb ki, Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər.

Eyni zamanda o qeyd edib ki, sülhməramlılar vəziyyətə uyğun çıxış edəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA