Qırğızıstan da Qazaxıstana hərbçi göndərir: "Əsgərlərimiz qazax qardaşlarımıza atəş açmayacaq"

img

06-01-2022 [18:25]


Qırğızıstan Prezidenti Sadır Japarov parlament deputatlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində öz hərbçilərinin Qazaxıstana göndərilməsinə mane olmamağa çağırıb.

TASS xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

"Hərbçilərimizi qazax qardaşlarımıza atəş açmağa göndərmirik. Əminik ki, öz xalqına atəş açmayan əsgərlərimiz qazax qardaşlarımıza da atəş açmayacaq. Əksinə sabitliyi gücləndirmək üçün kömək etməyə göndəririk", - Japarov əmin edib.

Bu gün Qırğızıstan parlamenti kvorum olmadığı üçün Qazaxıstana hərbçilərin göndərilməsi məsələsinə baxa bilməyib. İclas yanvarın 7-nə təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA