ABŞ-ın dövlət katibi Türkiyənin Ermənistanla bağlı qərarını dəstəkləyib

img

15-12-2021 [11:01]


ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla əlaqələrin normallaşdırılacağı ilə bağlı fikirlərinə münasibət bildirib.

E.Blinken deyib ki, rəsmi Ankaranın Ermənistanla dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcəyi barədə qərarını dəstəkləyir.

Qeyd edək ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımların atılacağını bildirmişdi: “Yaxın vaxtda Ermənistanla əlaqələrin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin eədəcyik. Hər addımla Azərbaycanla birlikdə hərəkət edəcəyik”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA