Zelenski: "Baydenin təhdidləri Moskvanı dayandırmaq üçün hələ yetərli deyil”

img

14-12-2021 [14:42]


“ABŞ Prezidenti Cozef Baydenin Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar zamanı səsləndirdiyi iqtisadi sanksiyalarla bağlı təhdidlər Moskvanı dayandırmaq üçün hələ yetərli deyil”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın "La Repubblica" nəşrinə müsahibəsində deyib.

"ABŞ və Rusiya liderləri arasındakı danışıqlardan sonra sərhədlərimizə yaxın hərbi eskalasiyada azalma yoxdur. Əksinə, Azov dənizində yeni eskalasiya vəziyyəti yaranıb”, - o bildirib/Report.

Mia.az xəbər verir ki, Zelenski Donbasda yaranan problemdən bu gündək 15 mindən çox insanın həyatını itirdiyini də deyib.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA