İki deputat arasında söz savaşı

img

25-02-2014 [16:30]


"Mən təəssüf edirəm ki, dünya azərbaycanlıların Xocalıda soyqırımını müzakirə etdiyi bir vaxtda İqbal Ağazadə erməni mətbuatının qəhrəmanlarından olan Xədicə İsmayılı müdafiə edir”.

Bunu APA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deputat həmkarı iqbal Ağazadənin ittihamlarına münasibət bildirərkən deyib.
O, İ. Ağazadənin dediklərinin mənəvi tərəfinin onun öz işi olduğunu bildirib: "Bəlkə də Xədicə İsmayıl İqbal Ağazadənin qohumudur. Fikir versəniz, görərsiniz ki, zahiri görünüşləri də bir-birinə oxşayır. Bəlkə də onun ideoloqudur. Amma əgər deputat Milli Məclisindəki çıxışında qeyd etdiyi kimi, eybəcərlik axtarışına çıxıbsa, təklif edirəm ki, çox uzağa getməsin və özünə ən yaxın olan güzgüyə baxsın. İqbal Ağazadə bilməlidir ki, deputatlıq onun kimi qalstuk taxıb toylara getməkdən ibarət deyil. Deputatlıq ölkənin milli mənafeyi naminə hər cür fədakarlıq edə bilməkdir. Şəhidlərimiz ölkənin müstəqilliyi naminə şəhid olub, ona görə şəhid olmayıblar ki, kimlərsə təslimçilik siyasəti yeritsin. Bədəli nə olmasından asılı olmayaraq, biz ölkəmizin milli mənafeyini qorumalıyıq!"

İqbal Ağazadə isə ironiya ilə Ceyhun Osmanlının fikirlərini oxuduğunu və bu açıqlamanın onda ciddi təəssürat oyatdığını bildirib.

"Qafqazinfo”ya danışan İqbal Ağazadə həmkarı barədə deyib:"Adam deyəsən ciddi və ağıllı adama oxşayır. Onu heç belə ciddi görməmişdim. Çox ciddi və ağıllı adam imiş ki, ən müdrik fikirləri işlədir. Onun haqqında fikirlərimi mütləq dəyişəcəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq