AMEA-dan direktorun səhhəti ilə bağlı açıqlama: "Hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir"

img

11-11-2021 [10:59]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun koronavirusa yoluxan baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun son durumu açıqlanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a bildirilib ki, professorun səhhətində müəyyən irəliləyişlər var.

K.Şükürov artıq kritik vəziyyətdən çıxıb: "Saturasiyası da düzəlib. Amma hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir".

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA