Polis əməkdaşı özünə xəsarət yetirib - Şəmkirdə

img

11-11-2021 [10:02]


Şəmkir rayonu ərazisində polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Məlumata görə, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb.

Nəticədə atəş açılıb və S.Əliyev hadisə zamanı xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA