Bakı Tibb Kollecində eyni gündə 4 tenderin qalibi olan şirkət kimindir?
10-11-2021 [14:29]
Son 2 ildə dövlət satınalmalarında ən çox qalib olan şirkətlərdən biri kimi tanınan “VEST-LTD” QSC 1 N-li Bakı Tibb Kollecindən 4 müsabiqənin yekununda 70 min manata yaxın vəsait əldə edəcək.
Beləki tibb kollecinin əsaslı təmir işlərinin satın alınması üçün 22484.78 AZN, cari təmir işlərinin satın alınması üçün 24052.53 AZN, kommunal kommunikasiya işlərin satınalması üçün 11362.75 AZN, abadlıq işlərinin satınalması üçün isə 9671.28 AZN adıçəkilən şirkətə ödəniləcək.
AzToday.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, 11.06.2020 tarixindən indiyənə kimi “VEST-LTD” QSC ilə 49 satınalma müqaviləsi bağlanılıb. Əsasən icra hakimiyyətləri, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyinin tenderlərində mütəmadi olaraq qalib gələn şirkət universitetlərin və başqa təhsil müəssisələrinin də satınalmalarını qazanmasına görə liderlərdən biridir. 28.12.2019 tarixində yaradılan və nizamnamə kapitalı 2050 manat olan şirkət bu müddət ərzində 1 N-li Bakı Tibb Kolleci ilə 5 satınalma müqaviləsi də bağlayıb.
Həmin müqavilələri təqdim edirik:
09.08.2021 – Cari təmir işlərinin satın alınması – 51847.84 AZN
09.08.2021 – Əsaslı təmir işləri – 57040.26 AZN
23.09.2020 – Abadlaşma – 9766.92 AZN
28.12.2020 – Cari təmir – 44608.98 AZN
28.12.2020 – Əsaslı təmir – 48729.87 AZN
Göründüyü kimi, tibb kolleci ildə iki dəfə olmaqla cari və əsaslı “təmir” olunur.
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır.
Saysız tenderlərin qalibi olan, yüksək məbləğdə dövlət vəsaitinə iddialı bir şirkətin nəinki fəaliyyəti ilə bağlı saytının olmaması, internet üzərindən hansısa əlaqə vasitəsinin belə olmaması özü də suallar doğuran faktordur…
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı