BDU-nun professoru vəfat edib

img

10-11-2021 [14:13]


Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Məhərrəm Nəcəf oğlu Məhərrəmov 84 yaşında vəfat edib.

Mia.az BDU-ya istinadla xəbər verir ki, M.Məhərrəmov 1955-1960-cı ildə BDU-nun Kimya fakültəsində təhsil alıb. 1963-cü ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1986-cı ildə professor elmi adı alıb. 1963-cü ildən BDU-nun Üzvi kimya kafedrasında elmi və pedaqoji fəaliyyətə başlayıb. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250 elmi məqalənin, o cümlədən, 25 müəlliflik şəhadətnaməsinin və patentin müəllifi olub. Əməkdar müəllim fəxri adına layiq görülüb, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA