Dövlət Agentliyinin rəisi vəzifədən çıxarıldı - Kəmaləddin Heydərovdan daha bir dəyişiklik

img

10-11-2021 [13:20]


Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Yaşar Abbasovu oktyabrın 18-də vəzifəsindən azad edib.

Məlumata görə, K.Heydərovun müvafiq əmri ilə, bu vəzifəyə Hikmət Məmmədov təyin olunub/Qaynarinfo.az.

Qeyd edək ki, polkovnik H.Məmmədov uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. Balakən gömrük-keçid məntəqəsinin rəisi vəzifəsində də işləyib. O, 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA