Həbsxanada koronavirusa yoluxan sabiq icra başçısı süni nəfəs aparatından ayrıldı: "Hərəkət edə bilmir"

img

10-11-2021 [10:32]


Koronavirusa yoluxan Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni tənəffüs aparatından ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun vəkili Leyla Məmmədova məlumat verib.

Vəkil bildirib ki, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti nisbətən düzəlib.

"Amma buna baxmayaraq, bəzən ağırlaşmalar olur. Hərəkət edə bilmir. Hazırda M.Quliyevin xəstəxanada müalicəsi davam etdirilir”, -deyə vəkil əlavə edib.

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA