"Baş leytenant Valeh Məmiyevə dedim ki..." - Akar maraqlı fakt açıqladı, kövrəldi

img

09-11-2021 [12:17]


“Türkiyədə bir təlim zamanı Baş leytenant Valeh Məmiyevlə danışmışdım. Demişdim ki, bu təlimlər əhəmiyyətlidir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir, sənin vəzifən budur. O da söz vermişdi”.

Bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.

Mətbuat konfransında kövrələn H. Akar deyib ki, V. Məmiyev Vətən müharibəsində yaralanıb: “Yaralanan zaman da xəstəxanada “Verdiyim sözü yerinə yetirdim” deyib. Bu, gerçəkdən də bizim üçün böyük xatirədəir”.

Qeyd edək ki, Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA