Azəercell veteranı statusuna malik olan bütün vətəndaşlara xüsusi güzəşt kampaniyasına başlayıb

img

08-11-2021 [11:35]


Xalqımızın qəhrəmanlıq salnaməsi - Vətən müharibəsindəki böyük zəfərimiz Ali Baş Komandan və ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ uğrunda vuruşan, canından və sağlamlığından keçən əsgər və zabitlərin şücaəti hesabına gerçəkləşib.

Mia.az xəbər verir ki, "Azercell" bu Zəfər Gününü xalqımıza yaşadan şanlı Azərbaycan ordusuna sonsuz hörmətinin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımıza yeni “Veteran tarifi”-ni təqdim edir. Qələbə günümüz münasibətilə dəyərli veteranlarımıza, həm də, qələbə tariximizin gün və ayını simvolik şəkildə əks etdirən “8-11” seriyası ilə başlayan yeni nömrələr də hədiyyə ediləcək.

"Sim-Sim" abunəçiləri üçün nəzərdə tutulan “Veteran tarifi”-nə qoşulmaq istəyən abunəçi şəxsiyyət vəsiqəsi və müvafiq dövlət qurumlarının təqdim etdiyi, veteran statusunu təsdiq edən rəsmi sənədlə "Azercell" Müştəri Xidmətlərinə və yaxud "Azercell" Ekspres ofislərindən birinə yaxınlaşa bilər. Yeni tarif daxilində bütün şəbəkədaxili zənglər - 0.03 AZN; Şəbəkəxarici zənglər - 0.04 AZN; hər 1MB mobil internet – 0.03 AZN; SMS - 0.03 AZN təşkil edəcək.

Nəzərə çatdıraq ki, yeni tarif Böyük Vətən Müharibəsi, Əfqanıstan Müharibəsi, Birinci Qarabağ Müharibəsi və İkinci Qarabağ müharibələrində iştirak edərək veteran statusu alan bütün vətəndaşlarımıza şamil edilir. Tarif haqqında daha ətraflı məlumatı www.azercell.com saytı vasitəsilə əldə etmək olar.

Xatırladaq ki, 44 gün davam edən Vətən Müharibəsi ərzində şanlı ordumuzun ardınca irəliləyərək Qarabağda ilk mobil şəbəkəni qurmağa müvəffəq olan məhz "Azercell"in texniki komandası oldu.

“Azercell Telekom” veteranlarımıza bu yeni tarif və nömrələrlə hər zaman yalnız qələbə müjdələrini və xoş xəbərləri paylaşmağı arzulayır, hamını 8 noyabr, Zəfər Günü münasibətilə təbrik edir!


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA