"Sumqayıt" "Qarabağ"a böyük hesabla uduzdu

img

07-11-2021 [21:34]


Bu gün Azərbaycan Premyer Liqasında "Sumqayıt" "Qarabağ"ı qəbul edib.

Mia.az xəbər verir ki, oyun "Qarabağ"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 0:4.

Görüşün sonlarında "Qarabağ" azarkeşləri "Neftçi" və ötən mövsümün son turunda flaqmanla oyunu idarə etmiş və elə bu qarşılaşmanın da baş hakimi olan Elçin Məsiyevin əleyhinə şüarlar səsləndiriblər.

Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib.

Xatırladaq ki, ümumilikdə 17 qolun vurulduğu turun əvvəlki oyunlarında "Keşlə" evdə "Neftçi"yə 3:2, "Qəbələ" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Zirə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA