"Arka Sokaklar"ın "Murat"ı geri döndü - Uğur Pektaş "Kuruluş Orhan"da + FOTO

img

20-11-2025 [18:05]


Türkiyənin 20 ilə yaxın efirdə canlamdırılan "Arka Sokaklar" serialında "Murat" rolu ilə tanınan aktyor Uğur Pektaş illər əvvəl tərk etdiyi sənətə geri dönüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu dəfə ATV-də yayımlanan "Kuruluş Orhan" serialında rol alıb.

Serialda "Abdürrəhman" obrazını canlandıran aktyorun performansı və görkəmi qısa zamanda müzakirə yaradıb.

O, serialda "Orhan"ın sağ əli rolunu canlandırır.

Sosial medianın Türkiyə seqmentində aktyorun illər ötməsinə baxmayaraq, zərrə qədər dəyişmədiyi yazılır.

Ləman
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA